Tovuzda yanmış meyiti tapılan 10 yaşlı Nərminin ölümü ilə əlaqədar ailəyə dəstək olmaq və Nərminin qətlinin araşdırılamasında fəal iştirak edən millət vəkili Qənirə Paşayeva növbəti paylaşımı ilə diqqət çəkib.
Sonxeber.az bildirir ki, millət vəkili rəsmi Facebook səhifəsində izləyicilərinə müraciət edərək həmin dairənin millət vəkili olmadığını bildirib. Məsələdə isə bir millət vəkili kimin əlindən gələni etməyə çalışdığını deyən Qənirə Paşayeva qatillərin Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin ciddi nəzarəti ilə tapılacağını bildirib:
"Dostların nəzərinə! Əziz Nərmin balamızın faciəsi ilə bağlı Dondar Quşçu kəndinin yerləşdiyi dairənin millət vəkili olaraq mənə müraciət edən və bilmədən buranı təmsil edən millət vəkili olaraq mənim adımı yazan bütün dostlara demək istəyirəm ki, həmin dairənin millət vəkili mən deyiləm, Rafiq Məmmədhəsənovdur. Mən bu məsələlərdə ilk gündən bir tovuzlu, bir qadın və bu dairəni temsil etməsəm də, bir millət vəkili olaraq əlimdən gələni etməyə çalışdım ve çalışıram. İlk gündən məsələ ilə ciddi maraqlanıram. Baş vermiş faciə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin ciddi nəzarətindədir".
Millət vəkili ailəyə ilk gündən dəstək olduğunu açıqlayıb. O, həmçinin Tovuz rayonunun təmsil olunduğu dairələr və həmin dairələrə aid olan kəndlərin adlarını açıqlayıb:
"Ötən gün də buradaydım, bu gün də buradayam. Hadisə baş verəndən ailənin yanında olmağa çalışmışam. Ümumiyyətlə, müxtəlif mövzular ətrafında çoxsaylı müraciətləri nəzərə alaraq bildirmək istəyirəm ki, Tovuz rayonu 3 dairədə təmsil olunur. 1- ci 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsidir. Bura Tovuz şəhəri təmamilə daxildir. Aşağı və Yuxarı Öysüzlü kəndləri, Aşağı Quşçu kəndi, Aşağı ve Yuxarı Mülkülü kəndləri, Qazqulu, Hacallar bu dairənin ərazisindədir. Bu dairəni millət vəkili Ülviyyə Ağayeva təmsil edir. 2-ci 104 saylı Tovuz-Gədəbəy seçki dairəsidir. Nərminin faciəsinin yaşandığı Dondar Quşçu kəndi, Alakol kəndi, Köhnəqala kəndi, Azaflı, Böyükqışlaq və Tovuzun bütün dağ kəndləri bu dairədədir. Həmin dairəni isə millət vəkili Rafiq Məmmədhəsənov təmsil edir. 3- cü 105 saylı Tovuz seçki dairəsidir. Bu dairəyə Qovlar şəhəri və rayonun digər kəndləri daxildir. həmin dairəni isə Milli Məclisdə fevralın 9- na kimi mən təmsil edirəm və bu dairədən yenidən namizədliyimi irəli sürmüşəm".

7News.Az