RU
Qənirə Paşayeva Tovuzda yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüşüb
10:17
2309

Qənirə Paşayeva Tovuzda yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüşüb

 

Millət vəkili Q.Paşayeva Tovuzda yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüşüb.

550-dən çox bal toplayaraq tələbə adına qazanan tələbələrin iştirak etdiyi görüşdə hər kəsi tələbə adını qazanması münasibətilə təbrik edən və Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 550 baldan artıq toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirdi. Millət vəkili Qənirə Paşayeva rayonun bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində özəlliklə bəzi kəndlərdə problemlərin öz həllini tapmasının vacibliyini və bunun gələcəkdə nəticələrə özünün daha da müsbət təsir göstərəcəyini vurğulayıb. "Ümumiyyətlə məni çox sevindirdi ki, bu il Tovuzdan ali məktəblərə daxil olan qızların sayı oğlanlardan az deyil. Üstəlik yüksək balla daxil olanlar arasında qızların sayı oğlanlara yaxındır. Məncə Tovuz bu istiqamətdə bir sıra rayonlara gözəl bir örnək ola bilər. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir. Biz qızlarımızın təhsilinə böyük önəm verməli, erkən nigahlarla ciddi mübarizə aparmalıyıq”. Millət vəkili Tovuzdan hərbi məktəblərə üz tutan gənclərin sayının artmasından məmun olduğunu xüsusi vurğulayb."Tovuz hərbi məktəblərə daxil olan gənclərin sayına görə ön sırada olan bir rayondur. Son bir neçə ildə Tovuz rayonundan hərbi məktəblərə daxil olan gənclərin həm sayında, həm də göstəricilərində müsbətə doğru sürətli artım bizim hamımızı sevindirir, bu çox gözəl nəticədir”. Millət vəkili rayonda gənclər arasında bu istiqamətdə aparılan işin müsbət nəticələr verdiyini vurğulayıb. Qənirə Paşayeva orta məktəblərdə hərbi dərslərin keyfiyyətinin daha da yaxşılaşdırılması, gənclərimizin vətənpərvərlik ruhunda böyümələri istiqamətində işlərin daha da artmasının vacibliyini də qeyd edib.Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğuladı. "Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var – çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, – yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi. Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və hansı sahəyə üz tutmasından asılı olmayaraq gənclərmizi tariximizi daha dərindən öyrənməyə çağırıb. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gənclərə hədiyyələr və kitablar təqdim edib və onlara bir daha uğurlar diləyib. Tədbirdə rayon ictimaiyyətinin fəalları da iştirak edirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ