RU
Qənirə Paşayeva Türkiyə alim və araşdırmaçıları ilə görüşdü
12:40
1714

Qənirə Paşayeva Türkiyə alim və araşdırmaçıları ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Türkiyə alim və araşdırmaçıları ilə görüşdə bu gün birlikdə zamanıdır deyib Orta Doğu Teknik Universiteti və Avrasiya İncələmələr Mərkəzinin alim və araşdırmaçılarını Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Türkiyədə terror aksiyaları nəticəsində şəhid olan əsgər və polislərimiz üçün biz də sizin qədər üzülürük deyərək onlara Allahdan rəhmət, ailələrinə səbr diləyir, terroru lənətləyirik deyib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Axısxa Türklərinin problemləri və Türk Dünyası ilə bağlı geniş müzakirələr aparılıb. Q.Paşayeva qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib və bu istiqamətdə də fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Orta Doğu Teknik Universiteti və Avrasiya İncələmələr Mərkəzinin alim və araşdırmaçılarına həmmüəllifi olduğu Türkiyə türkcəsində ”Karabağ hikayeleri” kitablarını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında, Axısxa türklərinin üzləşdiyi çətinliklər də daxil olmaqla Türk dünyası problemlərinin həllində alimlərimizin, aydınlarımızın, araşdırmaçılarımızın, gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək bu mövzuları özündə əks etdirən konfransların təşkil edilməsi, layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Orta Doğu Teknik Universiteti və Avrasiya İncələmələr Mərkəzinin alim və araşdırmaçıları millət vəkili Qənirə Paşayevanın fikirləri ilə razılaşıb və ortaq layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ