RU
Qənirə Paşayeva Türkiyədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühazirə oxuyub
15:53
1119

Qənirə Paşayeva Türkiyədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühazirə oxuyub

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Celal Bayar Universitetində “Güncel Politik Meseleler” mövzusu ətrafında tələbələrə Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı geniş mühazirə oxuyub və sualları cavablandırıb. Müəllimlərin, tələbələrin, KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib: “Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, – deyib. Q. Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var. Qarabağ əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiklərindən biri olub. Mədəniyyətimizə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. “Hər bir Türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki, o işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur”. Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədtdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir : “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə də harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.. “Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Millət vəkili Qənirə Paşayeva getdikcə daha da gərginşləşən bölgəmiz üzərində oynanan böyük oyunlar barədə də "güncel politik sorunlar" başlığı altında geniş çıxış edib və gəncləri diqqətli olmağa çağırıb. Tədbirin sonunda müəllimlərə, tələbələrə millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını, həmmüəllifi olduğu “Hocalı Soykırımı:Tanıkların dilinden” kitabını hədiyyə edib və gəncləri, ziyalıları və KİV təmsilçilərini maraqlandıran sualları geniş cavablandırıb.Universitet rəhbərliyi millət vəkili Qənirə Paşayevaya dəvəti qəbul etdiyi və konfrans üçün təşəkkürünü bildiriblər. Millət vəkilini yaxın zamanlarda yenidən universitetə dəvət edən ali təhsil olcağı rəhbərliyinə Q.Paşayeva Azərbaycanla bağlı, Xocalı Soyrıımı ilə bağlı konfrans verəcəyinə söz verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ