RU
Qərar verildi-Bu ölkədə Fövqəladə vəziyyət iyunun sonunadək uzadıldı
13:20
324

Qərar verildi-Bu ölkədə Fövqəladə vəziyyət iyunun sonunadək uzadıldı


Albaniya parlamenti koronavirus epidemiyası səbəbindən fövqəladə vəziyyət rejiminin iyunun 23-dək uzadılması ilə bağlı təklifi səs çoxluğu ilə qəbul edib.

7News.Az-ın xəbərinə görə, fövqəladə vəziyyətin bu müddətə uzadılması Baş Nazir və hakim Sosialist partiyasının rəhbəri Edi Ramanın təklifidir. Səsvermədə iştirak edən 91 deputatdan 5 nəfər təklifin əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, Albaniyada 663 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb, 385 nəfər isə xəstəliyə qalib gəlib./Qafqazinfo
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ