Badamdar sürüşmə zonasında çatların sayı artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan 7News.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 9:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sahədəki çatlarda artım qeydə alınıb.
Sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.
7News.Az








