Bir neçə gün bundan öncə əksər Qərb ölkələrinin sifarişi ilə Avropa Parlamentində Azərbaycana qarşı “sifarişli qətnamə” qəbul edildi. Qətnamə səs verməyə çıxarıldığı zaman, orada əyləşən Amerika və Qərbin 365 “kukla”sı qətnamənin mətnini oxumadan əllərini havaya qaldıraraq sənədi qəbul etdilər.
Qəbul edilən qərəzli, anti-Azərbaycan qətnaməsi ölkə ictimaiyyətində ciddi etirazlara səbəb oldu. Kağız parçası üzərində yazılan qətnamədə Azərbaycanla bağlı heç bir reallıq əks olunmur. Düzünü desək, bu kağızda yazılanlar, Azərbaycan üçün “tualet kağızı” qədər dəyəri yoxdur. Çünki Azərbaycan Aİ-nın üzvü olmadığı kimi, bu qurumun da qərəzli qətnamə qəbul etməsi düzgün deyil. Və bu qətnamə Azərbaycan üçün əsassızdır. Yazıqlar necədə vaxtlarının qiymətini bilmirlər.
Qətnamədə əsassız iddialar var. Məsələn, bir bəndini yazacam və her şey aydın olacaq. Qətnamənin “E” bəndində yazılır ki, çoxlu sayda jurnalist və vətəndaş cəmiyyəti fəallarının sərbəst hərəkət etmə hüququ məhdudlaşıb.Müxalif yönümlü o qədər jurnalist var ki, onlar şəhərin mərkəzində meydan sulayır. Göydən başlarına “ləkə” düşən kimi, hakimiyyətin ayağına yazan jurnalistlər var. Halbuki o “ləkə” göydə uçan quşun “günahıdır”. Yəni demək istədiyim qətnamədə keçən hər bənd əsassız, qərəssiz və böhtan xarakterlidir.
Tutaq ki, Avropa Parlamenti ədalətli qurumdur. Onda sual verin özünüzə: Qarabağda separatçı rejimin uydurma “seçkisini” pisləməli olanlar (Aİ-AP) Azərbaycanda hələ keçirilməsi planlaşdırılan seçkiyə nəyə görə kölgə salmaq istəyirlər?! Nəyə görə Parlament çıxıb bu “seçkini” qınamır?! Və ya bu “seçki” ilə bağlı nəyə görə bəyanat, qətnamə çıxarmır?! Bunun cavabı çox sadədir. Bəzi Qərb dairələri və AP Ermənilərlə iş birliyi içindədirlər və Azərbaycana qarşı çıxarılan qətnamədə erməni əli olduğuna yüz faiz inanıram. İstəyirsiz deyim ən birinci kimin əli var.
Başqa bir fakt. Avropa Parlamenti işğalçıların əlində olan Şahbaz və Dilqəmin azad olunması üçün nələr ediblər?! İşğalçı dövlətə qarşı hansısa tədbirlər görülübmü?! Xeyr!
AP-nin qətnaməsinə ən çox AXCP, Milli Şura və başında duran zat(lar) sevinib. Qəzetlərində bu qətnaməyə böyük yer ayırıb.
Vətən xaini Leyla və Arif Yunusların qızı Dinara Yunusun bu qətnamədə əli var. Və həmin Yunuslardı ki, Əli Kərimli o xain və satqınların azadlıqlarını istəyir. Onları “vicdan məhbusu” adı altında azadlıqlarını istəyən qəzetə daha nə deyəsən? Vicdanı və şərəfi olan şəxs öz xalqının qanında əli olanla iş birliyi etməz! Və edəni də müdafiə etməz!
AXCP”yə Qərb dairələrindən əmr gəlib ki, “seçkilərə qatılmayın”. Seçkiyə qatılmayın ki, sizlər seçkini boykot edə biləsiniz. Qərbin maraqları üçün çalışan müxalifət partiyası, seçkilərədə qatılmır. Çalışır ki, noyabr seçkilərini boykot etsinlər. Axı bunlar niyə yanıb tutuşurlar? Seçkilər şəffaf, sakit keçəcəyi üçün? Bir qüsur tapa bilməyəcəkləri üçün bu qədər işləri əvvəldən görürlər? Siz Qərbə sığının. Amma 9 milyonluq Azərbaycan xalqı, öz dövlətinə, öz ölkəsinə sığınacaq.
Seymur Süleymanov








