SOCAR-AQŞ 23 saylı quyunun tikintisi işlərinə start verib.
SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 802 m olan 23 saylı quyuda qazma işlərinə başlayıb.
7news.Az-a şirkətdən verilən məlumata görə, 23 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.
Şirkətdən verilən məlumata görə, quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyət tələblərinə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq.
Sifarişçi SOCAR-ın "Azneft” İstehsalat Birliyidir.
Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və "Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.
Hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, "Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
7news.Az








