Nigerdəki çevrilişə Qərbi Afrika ölkələrindən və Fransadan reaksiyalar gəldi. Çevriliş tərəfdarları Fransa səfirliyinin divarlarına Rusiya və Niger bayraqları asıblar. Fransa prezidenti Emmanuel Makron hücum baş verərsə, müdaxilə edəcəyini bildirib.
7NEWS.az xəbər verir ki, Nigerdə prezident mühafizəsi alayı demokratik yolla seçilmiş lideri Məhəmməd Bazumu həbs edərək hakimiyyəti ələ keçirdiyini açıqlayıb. Qərbi Afrika ölkələri vəziyyəti qiymətləndirmək üçün bir araya gəldi. Puşistlərə konstitusiya quruluşuna qayıtmaq üçün bir həftə vaxt verildi.
7NEWS.az








