RU
Qərbi Azərbaycan əyalətində qar uçqunu olub, ölənlər var
19:20
353

Qərbi Azərbaycan əyalətində qar uçqunu olub, ölənlər var

İranın Qərbi Azərbaycan əyalətində qar uçqunu olub.

7news.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Qərbi Azərbaycan əyalətinin təcili tibbi yardım xidmətinin rəhbəri bildirib.

Hadisə Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin Bivaran kəndində baş verib. Qar uçqunu nəticəsində  4 nəfər həyatını itirib, 2 nəfər itkin düşüb. Ümumilikdə  15 nəfər xəsarət alıb, 6 nəfər xəstəxanaya yerləşdirilib.  

Xilasetmə işləri davam etdirilir./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ