RU
Qərbi Trakyadakı yanğınlar türk kəndlərinə də çatıb
12:55
27

Qərbi Trakyadakı yanğınlar türk kəndlərinə də çatıb


7NEWS.az xəbər verir ki, Qərbi Trakya, Aleksandrupoli və Gümülcine bölgələrində meşə yanğınları dünən bütün şiddəti ilə davam edib. Komotinidə alov türk azlığının sıx yaşadığı kəndlərə də çatıb. Evboyya, Kavala və Viotiya adalarında baş verən meşə yanğınlarını nəzarət altına almaq mümkün olmayıb. Dünən də Afina yaxınlığındakı Fili və Aspropirqos rayonlarında yeni yanğınlar baş verib. Afina Rəsədxanasının hesablamalarına görə, Aleksandrupolis yanğınında 380 min hektar, Rodop yanğınında isə 30 min hektar ərazi məhv olub. Şənbə günündən dünən axşam saatlarına qədər ölkə daxilində cəmi 400 min hektar ərazi yanıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ