RU
Qərbin Ermənistana ayırdığı maliyyə batır - Hill
13:58
451

Qərbin Ermənistana ayırdığı maliyyə batır - Hill

ABŞ-da nəşr olunan "Hill” qəzeti Rusiyanın Ermənistanda təsir gücünün hüdudsuzluğundan yazıb.

Məqalədə Moskvanın İrəvana təkcə yerli təşkilatlarla, ticarət əlaqələriylə deyil, ölkənin enerji sektoru, mədən sənayesi, nəqliyyat sistemi, telekommunikasiya və bank sektorunda ələ aldığı müəssisələr vasitəsilə nüfuz etdiyi qeyd olunub:

"Ermənistan müstəqillikdən sonra bəzi mühüm idarələrin səhmlərini borclarının azaldılması əvəzində Rusiyaya verdi. Rus şirkətləri isə bu durumdan yararlanıb, üstəlik, ucuz qaz təklif etməklə Ermənistanın mühüm obyektlərini ələ keçirdi, iqtisadi güzəştlər qazandı. Məsələn, bu yay Ermənistan İrəvan Elektrik Stansiyasının Rusiyanın "Qazprom” şirkətinə satılması məsələsinin götür-qoy edildiyini deyirdi. Stansiyanın rus şirkətinə nə az, nə çox, 53.3 milyon dollar borcu var.

Ümumiyyətlə, Ermənistanın enerji sektorunun Rusiyadan asılılığı daha çox nəzərə çarpır. Enerji istehsal edən müəssisələr, kimyəvi zavodlar Rusiyanın ya dövlət, ya da dövlətlə bağlılığı olan qurumları ilə işləyir. Məsələn, sözdə erməni hökumətinin əlində olan Metsamor Atom Stansiyası əslində hələ də Rusiyadan gələn yanacaqdan asılıdır. İstilik enerjisi zavodlarının çoxu qazın 80%-ni Rusiyadan alır. Ermənistanın idxal etdiyi neft məhsulları isə müxtəlif ölkələrdən gəlsə də, Rusiyanın nəzarətində olan dəmiryolu ilə gətirilir. Ermənistanın dəmiryol sistemini Rusiyanın dəmiryol şirkəti (RZD) idarə edir”.

Məqalədə Ermənistanın digər əsas sahələrdə də durumun oxşar olduğu qeyd edilib:

"Nisbətən yumşaq sahələrdə, məsələn, informasiya məkanında da bu ölkə Rusiyadan asılıdır. Əhalinin 49%-i xəbərləri rus telekanallarından alır. Ermənistan əhalisinin cəmi 16%-i rusların xəbər proqramlarına baxmır.

2.3 milyonluq erməni diasporunun əksəriyyəti Rusiyada yaşayır. Ermənistan əhalisi isə diaspordan bir az artıq, yəni 2.9 milyondur. Yoxsulluqdan əziyyət çəkən əhali də Rusiyadan asılıdır.

2010-2014-cü ildə Ermənistana pul köçürmələrini əks etdirən rəqəmlər də bunu təsdiqləyir. O zaman pul köçürmələri Ermənistan ÜDM-sinin 19%-ni təşkil edib, bunun da 70%-i Rusiyadan köçürülən pulların payına düşüb”.

Qəzet bütün bunların siyasətə təsirsiz ötüşmədiyini, partiya liderlərindən tutmuş ölkə prezidentlərinə qədər, müxtəlif dairələrdə təmsil olunan, əslində, həm də iri biznesləri idarə edən oliqarxların Moskva ilə dostluq etdiyini yazıb:

"Belələri çox vaxt öz ciblərinə uyğun müqavilələrə imza atdığından Moskva İrəvana istədiyi siyasi və iqtisadi qərarları qəbul etdirir. İrəvan hakimiyyətinin Moskva ilə yaxınlığını sübut edən ən tutarlı dəlillərdən biri Karen Karapetyanın ölkənin baş naziri vəzifəsinə təyinatıdır. Karapetyan Rusiyanın "Qazprom” şirkətində yüksək vəzifələrdə çalışıb.

Ermənistan Rusiyanın strateji orbitinə elə düşüb ki, hətta Moskvanın Bakıya silah satmasına qarşı çıxa bilmir. Qərbin Ermənistanın demokratik institutlarının inkişafına, səsvermə prosesinə ayırdığı maliyyə yardımları da indi Moskvanın nüfuzu qarşısında acizdir”. //axar.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ