Qərb ölkələrinin bir il əvvəl başlatdığı sanksiyalar Rusiyaya 34 milyard avroya başa gəldiyi bildirilir.
7NEWS.az xəbər verir ki, Enerji və Təmiz Hava Araşdırma Mərkəzi G7 və Avropa İttifaqı (Aİ) üzvləri də daxil olmaqla bəzi Qərb ölkələrinin sanksiyaları və qiymət siyasətinin Rusiyanın neft ixracına təsiri ilə bağlı araşdırmasını dərc edib. Araşdırmada, Qərb ölkələrinin məhdudlaşdırıcı tədbirlərinin Rusiyanın neft ixracı gəlirlərini 34 milyard avro azaltdığı, Aİ-nin neft idxalına qadağası və G7-nin qiymət siyasətinin ölkənin neftdən əldə etdiyi gəliri 14 faiz azaltdığı ifadə edilib.
7NEWS.az








