RU
Qətər Çadın səfirliyini bağladı
11:10
412

Qətər Çadın səfirliyini bağladı

Çadın Dohadakı səfirliyi öz işini dayandırıb və onun əməkdaşlarına 72 saat ərzində ölkəni tərk etmək göstərişi verilib.

Bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirliyin bağlanması üzrə cavab tədbirləri Çadın müvafiq qərarından bir gün sonra qəbul edilib.

Bundan əvvəl Qətərin əmiri şeyx Təmim bin Həməd ət-Tani bildirib ki, ərəb ölkələrinin Qətərə qarşı bu kampaniyası əvvəlcədən planlaşdırılıb./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ