7NEWS.az xəbər verir ki, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Qəzzadakı məhbusların ailələrinə müharibə yolu ilə deyil, danışıqlar yolu ilə qovuşacaqlarını bəyan edib. Qətər və ABŞ-ın Qəzza məsələsində yaxından işlədiyini ifadə edən Əl Tani, "Təzyiq lazım olduğu və tətbiq edildiyi anlar oldu." deyə bildirib. Müzakirəçi və vasitəçi tərəf olaraq gördükləri çətinliklərin hər kəs tərəfindən görülmədiyini sözlərinə əlavə etdi.








