RU
Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib
15:56
225

Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

7News.Az bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı və təbriklərimi, ən xoş arzularımı çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına firavanlıq və inkişaf, ölkələrimiz arasındakı sıx əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini diləyirəm.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ