ABŞ Hələbdə Rusiya tibb bacısının qətlinin sifarişçisi idi.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
İqor Konaşenkov deyib ki, Hələbdə tibb bacısının həlak olmasına görə məsuliyyət terrorçular və onları himayə edən ABŞ, Böyük Britaniya və Fransanın üzərinə düşür.
Qeyd edək ki, rusiyalı tibb bacısı Hələbdə Rusiya Müdafiə Nazirliyinin mobil hospitalının artilleriya atəşinə tutulması nəticəsində həlak olub. Daha iki tibb işcisi ağır yaralanıb. Yaralananlardan biri həkim-pediatrdır.//Publika.az
7News.az








