RU
Qeyri-neft sektoruna investisiyalar azalıb
13:57
825

Qeyri-neft sektoruna investisiyalar azalıb

Azərbaycanda qeyri-neft sektoruna investisiyların həcmi illik müqayisədə 6,8% azalaraq cari ilin ilk yeddi ayı ərzində 5 242,9 mln. manat təşkil edib. 

Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin 715,7 mln. manatı (ümumi sərmayənin 7,6%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 55,4%-i qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

Hesabat dövründə neft sektoruna investisiyaların həcmində isə əksinə artım müşahidə olunub. Bu sektora investisiyalar illik 19,5% artaraq 4 125,6 mln. manata çatıb.

Statistikaya əsasən, bu müddətdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu illik 3,2% artraq 9 368,5 mln. manat təşkil edib. Cəmi investisiyaların 3 874,5 mln. manatı xarici investisiyaların payına düşüb.

Bildirək ki, ölkəyə xarici investisiyaların axınında illik 46,4% artım qeydə alınıb. 

7news.az

 

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ