RU
Qeyri-qanuni erməni silahlılarının bir sıra istiqamətlərdə fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb
10:06
23

Qeyri-qanuni erməni silahlılarının bir sıra istiqamətlərdə fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Avqustun 22-si saat 06:15-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ