RU
Qeyri-sabit hava şəraiti səbəbindən İstanbuldan bir neçə şəhərə təyyarə reysləri təxirə salınıb
14:10
107

Qeyri-sabit hava şəraiti səbəbindən İstanbuldan bir neçə şəhərə təyyarə reysləri təxirə salınıb

Qeyri-sabit hava şəraiti səbəbindən İstanbul hava limanından icra olunması gözlənilən bəzi daxili uçuşlar təxirə salınıb.

İstanbuldan Hatay, Adana, Kayseri və Antalyaya uçuşlar yubanır.

İntensiv yağış səbəbindən bu gün ərzində Hatay və Kayseriyə heç bir uçuş həyata keçirilməyib. Adana və Antalyaya uçuşlar isə müəyyən fasilələrlə yerinə yetirilir.

Hatay, Adana, Kayseri və Antalyada güclü yağışlar davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ