Bakıda qəza şəraiti yaradan sürücünün videosu sosial şəbəkədə yayılıb. Hadisə paytaxtın Təbriz küçəsində qeydə alınıb. Belə ki, 99-PX-894 qeydiyyat nişanlı "Ravon” markalı avtomobilin sürücüsü sağ zolağa manevr edən zaman motosiklet sürücüsünə yol verməyib. Bu azmış kimi təhlükə yaratdığı sürücüyə hədə-qorxu gəlməyə başlayıb: "Sən bilirsən kiminlə danışırsan? Başın ağrımaq istəyir”? – deyərək qorxu yaratmağa başlayıb./Avtosfer.az








