RU
Qəza xidmətinin əməkdaşları qəzaya düşdülər:
23:32
1408

Qəza xidmətinin əməkdaşları qəzaya düşdülər:

Bu gün səhər saatlarında Siyəzən rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Siyəzən rayon Qaz İstismar Sahəsinin qəza xidmətinin avtomobili ilə digər bir yük maşını toqquşub.

7news.Az RTV-yə (Region TV) istinadən xəbər verir ki, nəticədə QİS-in əməkdaşları Siyəzən rayon sakinləri, 1959-cu il təvəllüdlü Mustafayev Fərman Ramazan oğlu, 1964-cü il təvəllüdlüMirzəquluyev Mirzəqulu Məmmədqulu oğlu və 1961-ci il təvəllüdlü Məlikov Nurməmməd Lətif oğlu müxtəlif xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıblar.

Hər 3 xəstənin vəziyyəti ağır stabil olduğundan ilkin yardımdan sonra onlar paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. Qəzanın başvermə səbəbləri və digər detalları ilə bağlı Siyəzən rayon Polis Şöbəsindən məlumat verilməyib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ