Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan "Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və "Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərini ilkin olaraq müəyyən etmək mümkün olub.
Bu barədə Rusiya hakimiyyətinə yaxın olan "Tsarqrad” informasiya resursu məlumat yayıb.
Qəza ilə bağlı ehtimallardan biri kimi göyərtədə partlayış törədilməsi göstərilir.
Lakin hələlik bu məlumatlar Rusiya hökuməti tərəfindən rəsmi təsdiqlənməyib.
23:15
Tver vilayətində göyərtəsində "Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarənin qəzaya uğradığı yerdə tapılan səkkiz nəfərin cəsədi tanınmaz hala düşəcək qədər yanıb.
Bu barədə Rusiya "Telegram” kanalları hadisə yerində olan araşdırma komissiyasının üzvlərinə istinadən məlumat yayıblar.
"Həlak olan şəxslərin şəxsiyyətini müəyyən etmək üçün çox güman ki, DNT müayinəsi aparmaq lazım gələcək”, - məlumatda qeyd olunur.
22:12
Rusiyanın Tver vilayətində göyərtəsində "Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarəsinin qəzaya uğradığı yerdə səkkiz nəfərin cəsədi tapılıb.
Bu barədə Rusiya FHN məlumat yayıb.
21:16
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
"Bu axşam Tver vilayətində baş verən "Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var”, - Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında qeyd olunub








