RU
Qəzada iki yerə bölünən maşının sürücüsü SAĞ QALDI - Burnu da qanamadı - VİDEO - FOTO
16:10
568

Qəzada iki yerə bölünən maşının sürücüsü SAĞ QALDI - Burnu da qanamadı - VİDEO - FOTO

Türkiyənin Antalya vilayətində baş verən qəzada minik maşınının ikiyə bölünmə görüntüləri təhlükəsizlik kamerasına düşüb.

7News.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident bu ilin avqust ayında Konyaaltı rayonu Uncalı Məhəlləsində qeydə alınıb. Qəzanın görüntüləri ötən gün sosial şəbəkələrdə yayımlanıb. 

Məlumata görə, Nurullah Akarın idarə etdiyi 34 ZB 507 qeydiyyat nömrə nişanlı minik maşını, qovşaqda Ümid Pamukçunun idarə etdiyi 07 RP 330 qeydiyyat nişanlı avtomobilə çırpılıb.

Zərbənin şiddətindən Ümid Pamukçunun maşını iki hissəyə bölünüb. Qəza zamanı Pamukçu ikiyə bölünən avtomobildən uçaraq asfalta düşüb.

Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü və Nurullah Akarın iki sərnişini xəsarətlər alıb.

 

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ