Tovuzda yolu keçərkən avtomobil vurması nəticəsində ölən 12 yaşlı məktəblinin kimliyi məlum olub.
7news.az report-a istinadən xəbər verir ki, bu, Qovlar qəsəbə sakini Eşqin Əkbərovdur. O, hadisə yerində dünyasını dəyişib.
Qovlar ərazisində baş verən qəza zamanı adıçəkilən qəsəbə sakini Elçin Allahverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə məktəbdən qayıdan oğlanı vurub.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
7news.az








