RU
Qəzada ölən azərbaycanlı iş adamı Afrikada dəfn edildi
22:50
514

Qəzada ölən azərbaycanlı iş adamı Afrikada dəfn edildi

Xəbər verdiyimiz kimi, ötən gün Afrikada yerləşən Mali Respublikasında azərbaycanlı iş adamı Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.

Qızıl mədənçiliyi ilə məşğul olan "Arifoglu Gold" MMC-nin rəhbərinin nəşi qısa müddətdə ölkəyə gətirilməsi mümkün olmadığından o, Malidə dəfn edilib.

Yaxınlarının bildirdiyinə görə, M.Axundov daha əvvəl Almaniyada yaşayıb və sonradan Mavritaniya Respublikasında qızılçıxarma şirkəti qurub. Onunla birgə bir neçə azərbaycanlı da orada şirkətin idarə edilməsində iştirak edib.Onlar baş vermiş qəzada şübhəli məqamların olduğunu qeyd ediblər.

Qeyd edək ki, Məmmədpaşa Axundov həm də xeyriyyəçi kimi tanınıb. Onun rəhbərliyi altında Afrika ölkələrində 40 su quyusu, xəstəxana, məscid və məktəblər tikilərək istifadəyə verib./qafqazinfo
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ