Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri dünyasını dəyişib.
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasındanverilən məlumata görə, ölən şəxsin kimliyi hələlik dəqiqləşməyib. Bununla da ölənlərin sayı 3-ə çatıb.
“Hadisə nəticəsində xəstəxanamıza 10 nəfər yaralı gətirilib ki, onlardan da hələlik 7 nəfərin şəxsiyyətini müəyyənləşdirə bilmişik”-deyə xəstəxanadan bildirdilər.
Xəsarət alan şəxslər aşağıdakılardır:
1. Baloğlan Ağakişiyev-1988-ci il təvəllüdlü
2. Rövşən Cavadov-1988-ci il təvəllüdlü
3. Rəşad Əhmədov
4. Əsməd Məhəmmədova
5. İbadət Allahverdiyeva Faiq qızı
6. Ofelya Məmmədova Məhəmməd
7. Asif Paşabəyov
***10:12***
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən mikroavtobus qəzaya uğrayıb.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Hazırda ölən və yaralananların kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır.
Əlavə məlumat veriləcək.../anspress
7news.az
Azyaşlılardan və əsəbləri zəif olanlardan bu videoya baxmamaq xahiş olunur.








