Bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri - kapitan Cavid Bayramlının son videogörüntüsü yayılıb.
Bununla bağlı videogörüntünü jurnalist Mehriban Sadıqova özünün "Facebook” hesabında paylaşıb.
Kapitan Cavid Bayramlı təlimə getmədən əvvəl dostları ilə videogörüntü edərək "Biz indi gedirik. Öpürəm. Mənlə hamı fəxr etsin. Özləri bilir kimləri nəzərdə tuturam”, - deyə qeyd edib./Bizim.Media
7NEWS.Az








