Avtomobil qəzası gənc qızın həyatını alt-üst edib. İngiltərədə yaşayan Alisa Afolina 2008-ci ildə anasının idarə etdiyi avtomobillə qəza törədərkən ağır yaralanıb. Tələbə qız günlərlə xəstəxanada qalıb.
7News.az Türkiyə KİV-inə istinadən bildirir ki, xəstəxanadan çıxdıqdan sonra ehtiras hisslərini boğa bilməyən 25 yaşlı gənc qız hər kəslə cinsi əlaqəyə girməyə başladığını deyir.
Hisslərini heç cür idarə edə bilməyən Afolina sonda məhkəməyə üz tutub. Yanlış müalicə edildiyini, bundan sonra seks asılısına çevrildiyini iddia edən qız buna görə xəstəxananı məhkəməyə verib. Ağır qəza keçirən Afolinanın 7 il davam edən məhkəmə prosesi başa çatıb. Məhkəmə Afolinanın iddialarının əsaslı olduğuna qərar verib.
Məhkəmənin qərarı ilə seks asılısı oln Afolina hökumətdən 6 milyon təzminat alıb.
7News.az









