"Qəzadan sonra Bloger Nicat Şakirlinin (Nikosayağı) telefonları və pulqabısı oğurlanıb.
7News.Az xəbər verir ki, bu haqda teleaparıcı- bloger Ramal İsayev instagram hesabında paylaşım edib.
"Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pulqabısını oğurlayıblar! Bunu edənlər tapılıb cəzalandırılacaq! Bu qədər də yox!” sözlərini yazıb.
O qeyd edib ki, Nicat hazırda reanimasiyadadır, dostunun ölümündən xəbərsizdir, həkimlərdən dostunun vəziyyətini soruşub.








