Xəbər verdiyimiz kimi ötən gün Bakıdan havaya qalxan "Qolfstrim" biznes-jet təyyarəsi Moskvanın "Şeremetyevo" hava limanında uçuş-enmə zolağından kənara çıxıb. Daha əvvəl təyyarədə olan 3 sərnişin - Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskayanın adı açıqlanmışdı. Sonradan daha 2 sərnişinin azərbaycanlı olması xəbəri təqdiqini tapdı.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi uçuş-enmə zolağından kənara çıxan təyyarəyə ciddi ziyan dəydiyini açıqlayıb. Bundan başqa, Komitə biznes-jetin evakuasiya videosunu yayıb.
"Şeremetyevo" aeroportu isə faktı təsdiqləsə də, insidentin təfərrüatlarını açıqlamaqdan imtina edib, ekipaj və sərnişinlərin qaydasında olduğunu deməklə kifayətlənib.
"Aeroflot" aviaşirkəti isə uçuş-eniş zolaqlarından birinin bağlanması səbəbi ilə ötən günə Moskvadan uçuşu planlaşdırılan 15 reysi ləğv etməli olub.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsi faktla bağlı "Yol hərəkəti təhlükəsizliyi qaydaları və təyyarə əməliyyatlarının pozulması" maddəsi üzrə cinayət işi açıb.
7News.Az










