RU
Qəzaya düşənlərə xilas etmək üçün getdi, öz qızı maşının altında qaldı - VİDEO - FOTO
23:00
731

Qəzaya düşənlərə xilas etmək üçün getdi, öz qızı maşının altında qaldı - VİDEO - FOTO

Türkiyədə dəhşətli qəza baş verib.

Qəzada digər maşındakı 18 nəfər də yaralanıb.

Qəza saat 21:00 radələrində Konya- Afyonkarahisar magistralının 78-ci kilometrliyində qeydə alınıb. 

Qəzaya uğrayan TIR-ın içindəkilərə kömək etmək istəyən Senanın atası maşını yolun sağında park etmək istəyərkən sərnişin avtobusu onu arxadan vurub.

 

Maşının arxa oturacağında oturan Eslem Sena Uyanık (5 yaş) zərbənin təsirindən arxa şüşədən çıxaraq maşının altına düşüb. Hadisə yerinə gələn xilasetmə dəstələrinin səyi nəticəsində aşan maşının altından çıxarılan azyaşlı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. 

Senanın atası Tunahan Uyanıkın qəzanı görüb, kömək etmək üçün maşınını park etdikdən sonra həyat yoldaşı Ünzüle Uyanık (40) və qızı Ayşe Uyanık (19) ilə avtomobildən düşdükləri Eslem Semanı da üşüməməsi üçün avtomobildə qoyduqları məlum olub. /milli

7News.Az

Qəzaya uğrayan maşındakılara kömək üçün duran ailənin qızı faciəvi şəkildə can verdi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ