RU
Qəzaya uğrayan Rusiya təyyarəsinin
15:23
442

Qəzaya uğrayan Rusiya təyyarəsinin "qara qutu"su oxundu — PİLOTLARIN SON DANIŞIĞI

Rusiyaya məxsus olan və Qara dənizə düşən Tu - 154 təyyarəsinin birinci qara qutusu oxunub.

İkin məlumata görə, təyyarə texniki problemə görə qəzaya uğrayıb.

Pilotlar arasında son danışıqlar isə belə olub:

- Sürət 300

- Enmə üçün bütün vasitələr hazırdır

- Lənət olsun

(Xəbərdarlıq siqnalı)

- Qanadlar, lənətə gələsiniz

- Altimetr!

- Biz...

(Yerə yaxınlaşma qəza siqnalı) 

- Kapitan, düşürük

Qeyd edək ki, Tu-154 təyyarəsinin pilotu təcrübəli olub. Verilən məlumata görə, Roman Volkov Rusiyada tanınmış pilotlardan hesab edilirdi.

Xatırladaq ki, Soçi yaxınlarında Qara dənizə düşən təyyarədə 92 nəfər həlak olub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ