RU
Qəzaya uğrayan Tu-154 təyyarəsində nələr baş verib?
21:55
343

Qəzaya uğrayan Tu-154 təyyarəsində nələr baş verib?

Qara dəniz üzərində qəzaya uğrayan Rusiyaya məxsus Tu-154 təyyarəsinin "qara qutu"su tapılıb və oradakı informasiyaların oxunması üçün mütəxəssislər çalışır.
 
Bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib. Onun sözlərinə görə, "qara qutu” artıq Moskvaya çatdırılıb
 
"Qəza zamanı "qara qutu” duzlu suya düşdüyü üçün müəyyən deformasiyalara uğrayıb. Bu səbəbdən "qara qutu” müasir texnologiyalardan istifadə olunaraq oxunacaq. İnformasiyalar Müdafiə Nazirliyinə ötürüləcək. Bundan sonra məlumatlar nazirlik tərəfindən bildiriləcək”, - deyə S. Petrenko qeyd edib.
 
Qeyd edək ki, dekabrın 25-də Suriyadan Moskvaya uçan təyyarədə 92 sərnişin olub. Onlardan 64-ü Aleksandrov ansamblının artisti, 9-u telejurnalist olub./olke.az
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ