ABŞ-ın Annapolis şəhərində "Capital Gazette" binasına edilən silahlı hücumla bağlı prezident Donald Tramp və Ağ Evin mətbuat katibi Sara Sanders hadisə ilə bağlı açıqlama veriblər.
7news.Az xarici mediaya istinadən məlumatına görə, Tramp Tvitter səhifəsində ölənlərin ailələrinə başsağlığı verib:
"Annapolisdəki silahlı hücumla bağlı məlumatı aldım. Dualarım və düşüncələrim hadisə qurbanları vı onların ailələri ilədir. Hadisəyə ilk müdaxiləni edən məsul şəxslərə təşəkkür edirəm".
Sanders açıqlamasında deyib: öz işini görən günahsız jurnalistlərə amansız hücum hər bir amerikalıya edilib".
Sanders ölən və yaralananların ailələrinə başsağlığını bildirib.
Qeyd edək ki, hadisə nəticəsində azı 5 nəfər ölüb, xeyli sayda yaralı var. Polis ələ keçirdiyi şübhəlinin evində axtarışlara başlayıb.
7news.Az







