7NEWS.az xəbər verir ki, İsrailin hücumları və blokadası nəticəsində yüz minlərlə fələstinlinin aclıqla mübarizə apardığı Qəzzaya havadan humanitar yardımlar böhrana və ölümə səbəb olur. Dənizə və ya sahilə düşən bağlamalara çatmağa çalışan insanlar boğularaq və ya izdihamda ölür. Ötən gün 18 fələstinli ABŞ-ın havadan atdığı yardıma çatmağa çalışarkən həyatını itirmişdi. Həmas hökumətinin və İsveçrədə yerləşən Euro-Med Human Rights Watch təşkilatının məlumatına görə, Qəzzanın şimalındakı Beyt Lahia bölgəsində dənizə düşən paketləri götürməyə çalışarkən 12 nəfər boğulub.
7NEWS.az








