Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi qatil İsrail ordusunun hücumlarından ən az 710 körpənin öldüyünü açıqlayıb. Nazirliyin açıqladığı siyahıda 7 oktyabr 2023-31 avqust 2024-cü il tarixləri arasında İsrail ordusu tərəfindən öldürülən 11 min 983-ü azyaşlı olmaqla 34 min 344 fələstinlinin adı var. Siyahıda 1 yaş altı uşaqların da daxil olduğu, ən az 710 körpənin öldürüldüyü qeyd edilib.








