Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada Qəzza zolağında aclıq və susuzluqdan ölən uşaqların sayının 31-ə yüksəldiyi bildirilib.
7NEWS.az xəbər verir ki, İsrailin mühasirəyə aldığı və yardıma girişi məhdudlaşdırdığı Qəzza zolağında qida çatışmazlığı səbəbindən ölüm halları artır. Fələstin Qızıl Aypara Cəmiyyətindən (FHKS) verilən açıqlamada aclıq və susuzluqdan həyatını itirən uşaqların sayının 31-ə yüksəldiyi bildirilib. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 50 mindən çox uşağın kəskin qida çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb. Açıqlamaya görə, İsrail martın 1-dən etibarən yardım missiyalarının 30 faizinin Qəzza zolağının şimalına girişini əngəlləyib.
7NEWS.az








