Müharibə səbəbindən Qəzzada dərslər keçirilmirdi. BMT-nin məlumatına görə, təxminən 625 min uşaq məktəbdən kənarda qalıb.
7NEWS.az xəbər verir ki, Qəzza zolağında adi təqvimə görə, yüz minlərlə şagird bu gün dərslərə başlamalı idi, lakin müharibə səbəbindən təhsil başlaya bilmir. Bazar ertəsi, mövsümün ilk məktəb zənginin çalınacağı vaxtda uşaqların əksəriyyəti palçıqla örtülmüş müvəqqəti çadırlarda oturmuş və ya yardım təşkilatlarının mətbəxlərinin qarşısında yemək növbəsini gözləyirdilər.
7NEWS.az








