RU
Qəzzada insanların həyatı təhlükədədir: 1400 xəstəxana çarpayısı var
13:30
20

Qəzzada insanların həyatı təhlükədədir: 1400 xəstəxana çarpayısı var

Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada sağlamlıq vəziyyəti və son vaxtlar artan poliomielit epidemiyası riski ilə bağlı açıqlama verib.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris məlumat verib.

36 xəstəxanadan 16-nın qismən xidmət göstərə bildiyini və cəmi 1400 yataq tutumunun daha çox insanın sağlamlıq ehtiyacları üçün olduğunu söyləyən Harris 2 milyon Qəzzalının həyatının təhlükədə olduğunu deyib.

Qeyd edək ki, iyunun sonunda Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən nümunəsi götürüldükdən və iyulun 16-da poliomielit xəstəliyinə qarşı nəticələrin müsbət çıxmasından sonra ÜST Qəzzaya 1 milyon doza poliomielit peyvəndi göndərilməsinə qərar verib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ