RU
Qəzzada kütləvi zəhərlənmə - aclıq və yoluxucu xəstəliklər yayılıb
14:00
20

Qəzzada kütləvi zəhərlənmə - aclıq və yoluxucu xəstəliklər yayılıb

Qəzza zolağında ciddi ərzaq qıtlığı yaşandığı üçün vaxtı keçmiş konserv yeyən fələstinlilər arasında zəhərlənmə hallarına rast gəlinib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı Fələstin hökuməti baş verən hadisələrlə bağlı açıqlama verib. 
 
Bildirilib ki, "Qəzza xalqının saxlama müddəti ötmüş konservləri yeməsi çox sayda insanın zəhərlənməsinə səbəb olub. Qəzza zolağında aclıq və yoluxucu xəstəliklər xüsusilə uşaqlara daha çox təsir edir”.
 
Açıqlamada həmçinin İsrailin sistemli şəkildə aclıq siyasəti həyata keçirdiyi və Qəzzada mülki vətəndaşların müalicə almasına mane olduğu da vurğulanıb.

Qeyd edək ki, İsrailin aylardır davam edən dağıdıcı hücumları, blokadanın gücləndirilməsi və məhdud ərzaq məhsullarının ölkəyə girişinin əngəllənməsi nəticəsində Qəzza zolağının şimalında və Qəzza şəhərində artan aclıq böhranı fələstinlilərin həyatını təhdid edir.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ