RU
Qəzzada ölənlərin sayı 25 min 295-ə yüksəlib
17:31
29

Qəzzada ölənlərin sayı 25 min 295-ə yüksəlib


İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 25 min 295-ə, yaralıların sayı isə 63 minə yüksəlib.

7NEWS.az xəbər verir ki, İsrailin oktyabrın 7-də Qəzza zolağına başlatdığı hücumlar davam edir. 108 gündür bombardmanlarını davam etdirən İsrail ordusu can itkisi artarkən bölgənin hər nöqtəsini fərq qoymadan hədəf alır. Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra son rəqəmlərlə bağlı açıqlamasında İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 190 nəfərin həyatını itirdiyini, 340 nəfərin isə yaralandığını bildirib. Çox sayda fələstinlinin hələ də dağıntılar altında olduğunu bildirən Kudra, mülki müdafiə qrupları və təcili yardımların müdaxilə etməkdə çətinlik çəkdiyini bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ