İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda can itkisi 25 min 900-ə yüksəlib.
7NEWS.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 111 gündür davam edərkən, can itkisi 26 minə yaxınlaşıb. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrailin hücumlarında ölənlərin sayının 25 min 900-ə, yaralıların sayının isə 64 min 110-a yüksəldiyi bildirilib.
7NEWS.az








