İsrailin sıx bombardmanları altında olan Qəzzada can itkisi 29 min 313-ə yüksəlib. Yaralıların sayı 69 min 333-ə yüksəldi.
7NEWS.az xəbər verir ki, İsrailin ölüm yağdırdığı Qəzzada can itkisi artıb. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin hücumları nəticəsində son 24 saatda həyata keçirilən 11 hücumda 118 nəfərin həyatını itirdiyi, 163 nəfərin yaralandığı bildirilib.
7NEWS.az








