Qəzzada ölənlərin sayı 30 min 800-ə yüksəlib
İsrail ordusunun mühasirədə olan, xalqın ac və susuz qalmaq məcburiyyətində qaldığı Qəzza zolağına həyata keçirdiyi hücumlarda can itkisi son 24 saatda 83 nəfər artaraq 30 min 800-ə çatıb.
7NEWS.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 153 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. Açıqlamada İsrail ordusunun son 24 saatda 83 fələstinlini öldürdüyü, ümumi itkilərin isə 30 min 800-ə yüksəldiyi bildirilib.
7NEWS.az