İsrailin Qəzzada bir sağlamlıq mərkəzini hədəf alan hücumları nəticəsində Səhiyyə Nazirliyinin 2 əməkdaşı həlak olub. Avropa İttifaqının bəyanatında deyilir: "Qəzzada böhran daha bir qırılma nöqtəsinə çatıb”.
7NEWS.az xəbər verir ki, İsrailin oktyabrın 7-dən bu yana hücumlarını davam etdirdiyi Qəzza zolağının mərkəzi hissəsindəki sağlamlıq mərkəzinə edilən hücumda Səhiyyə Nazirliyinin iki fələstinli əməkdaşı həyatını itirib. Qəzzadakı mülki müdafiə təşkilatından verilən açıqlamaya görə, dünən İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki bir klinikanı hədəf alıb. Hücumda 2 nazirlik əməkdaşı həyatını itirib, çoxlu sayda insan yaralanıb.
7NEWS.az








