İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarda 193 nəfər həyatını itirib, oktyabrın 7-dən bu yana ümumi itki isə 30 mini keçib.
7NEWS.az xəbər verir ki, İsrail ordusunun Qəzza zolağına fərq qoymadan hücumları 147-ci gündür ki, davam edir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saatda həyata keçirdiyi 16 hücumda 193 nəfərin həyatını itirdiyi, 920 nəfərin isə yaralandığı bildirilib. Bildirilib ki, Qəzza zolağında hücumların başladığı 7 oktyabrdan bu yana ölənlərin sayı 30 min 228-ə, yaralıların sayı isə 71 min 377-yə yüksəlib.
7NEWS.az