RU
Qəzzada toqquşmalar: onlarla yaralı var – FOTO
10:20
253

Qəzzada toqquşmalar: onlarla yaralı var – FOTO

İsrail hərbçiləri Qəzza zolağında dinc etiraz aksiyaları keçirən fələstinlilərə qarşı güc tətbiqini davam edirlər.

7news.Az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu gün etiraz aksiyasına Türkiyə bayrağı ilə çıxan yeniyetmə güllə yarası alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Fələstinin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Küdrün bildirdiyinə görə, İsrail tərəfi mənşəyi bəlli olmayan qaz və güllələrdən istifadə edir. O qeyd edib ki, İsrail əsgərlərinin həmlələri nəticəsində onlarla dinc sakin yaralanıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ