İsrailin kifayət qədər qida və tibbi ləvazimatların girməsinə icazə vermədiyi Qəzza zolağında qida çatışmazlığı və tibbi yardım göstərilməməsi səbəbindən həyatını itirən uşaqların sayı 16-ya yüksəlib.
7NEWS.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 150 gündür ki, fasiləsiz olaraq davam edir. Bir tərəfdən İsrail qüvvələri mülki əhalinin üzərinə bombalar yağdırır, digər tərəfdən qida və tibbi ləvazimat kimi həyati ehtiyacların bölgəyə daxil olmasına mane olur. Hücumlar başlayandan bəri bir çox fələstinli içməli su, qida çatışmazlığı və tibbi ləvazimat çatışmazlığı səbəbindən həyatını itirsə də, milyonlarla fələstinli sağ qalmaq üçün mübarizə aparır. Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki Əbu Yusuf Əl Neccar xəstəxanasında bu gün daha bir uşağın ölümü ilə qida çatışmazlığı və tibbi yardım göstərilməməsi səbəbindən ölən uşaqların sayı 16-ya yüksəlib.
7NEWS.az








