RU
QHT Qazaxda “Eko Məktəb” layihəsini icra edib
16:52
519

QHT Qazaxda “Eko Məktəb” layihəsini icra edib

İctimai Həyatda Gənclərə Dəstək İctimai Birliyi "Eko Məktəb” layihəsini icra edib.

7News.az-a daxil olan məlumata görə, Qazax rayonunda həyata keçirilən layihənin əsas məqsədi ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və orada təhsil alan şagirdlərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaqdır.

Rayondakı 1, 3, 4, 5 saylı və Qaratel Hacımahmudova adına natamam orta məktəblərdə baş tutan tədbirlərdə ekoloji aksiyalar vasitəsilə məktəbliləri, habelə region əhalisini maarifləndirmək yolları müzakirə edilib. Təlimçi Ramil Göyüşlü tədbir iştirakçılarına yaşıllıqları artırmaq və qorumaq, ətraf mühitin mühafizəsi, ekoloji mədəniyyətin formalaşmasında cəmiyyətin rolundan danışıb.  


İctimai Həyatda Gənclərə Dəstək İctimai Birliyinin rəhbərliyi aktiv fəaliyyətinə görə təlimçi Ramil Göyüşlüyə öz təşəkkürlərini bildirib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilib.//qhtxeber.az
 
7News.az






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ